Bu ölkədə ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

İsveçdə övladlarının dişlərini fırçalamadıqları üçün valideynlər həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə övladlarının diş sağlamlığına etinasız yanaşan valideynlərə 8 ay həbs cəzası verib.

Belə ki, hadisə İsveçin qərbindəki Boras şəhərində baş verib. Bir ailə uşaqlarını müntəzəm diş həkimi müayinəsinə apardığı zaman dişlərdə çürüklər aşkar edilib.

Diş həkiminin dediyinə görə, bəzi dişlər o qədər pis vəziyyətdə idi ki, onları çıxarmaq lazım idi.

Valideynlər məhkəmədə günahlarını etiraf etməyiblər. Lakin məhkəmə tibbi sübutlara və ekspertiza rəylərinə əsasən valideynləri övladlarına qarşı kobud səhlənkarlıqda təqsirli bilib və hər iki valideyni 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qərar ölkədə geniş müzakirələrə səbəb olub.

Bəzi tənqidçilər məhkəmənin qərarını sərt hesab etsələr də, ekspertlər və sosial işçilər uşaqların sağlamlığının və təhlükəsizliyinin hər şeydən üstün olduğunu və belə hallarda sərt tədbirlərin görülməsinin vacibliyini bildiriblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt