Prezident Şahbaz Şəriflə danışdı

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

İyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Mecra.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.

Dövlət başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt