Bakıda ananı döyən oğula HÖKM OXUNDU

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

Bakının Sabunçu rayonunda anasını döyən oğulun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, 1986-cı il təvəllüdlü Röyal Qafarov (soyad şərtidir) 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Rəcəbova Elnurənin sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş qadın bildirib ki, oğlu spirtli içki alüdəçisidir və bu səbəbdən evdə tez-tez problemlər yaradır. Oğlu tərəfindən döyülən qadın övladından şikayətini geri çəkməyib və məhkəmədən ona cəza verilməsini xahiş edib.

Röyal isə hadisəni spirtli içki təsiri altında törətdiyini, anasının üz və baş nahiyəsinə zərbələr endirdiyini xatırlamadığını deyib.

Qeyd edək ki, CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt