“Qapını açanda bacısı ilə birlikdə Orxanı görüb…” – Cəlilabaddakı qətlin təfərrüatı – FOTO

Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.

Bəhruz Hüseynovun həyat yoldaşı Fəridə Hüseynova APA-ya bildirib ki, yoldaşı axşam saatlarında işdən evə qayıtdıqdan sonra qonşu otaqdan gələn səsləri eşidib. Evdə bacısı və onun qıznın da olması səbəbilə əvvəlcə bundan şübhələnməyib. Lakin otağın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.

Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə zərbə vurub. İkinci zərbənu vurmağa həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.

Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onu xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Avtomobil ustası olan B. Hüseynovun iki övladı var.

Bəhruz Hüseynov doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, mərhum Bəhruz Hüseynov avtomobil ustası kimi fəaliyyət göstərirdi, ailəli idi və iki övladı vardı. O, doğulduğu rayonda dəfn olunub.

👁 baxış