“2024-2025-ci tədris ilində 9 mart 2025-ci il tarixində DİM tərəfindən keçirilən buraxılış imtahanından Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Cabir oğlu İsgəndərov bütün sualları doğru cavablayaraq 300 bal nəticə göstərib.
Bu haqda Mecra.az-a Emin İsgəndərov özü məlumat verib. O, bildirib ki, təhsil aldığı təhsil aldığı 11 il ərzində hər il əlaçı adına layiq görülmüşdür.
Hazırkı qiymətləri də əla olduğu üçün liseyi tam orta təhsil haqqında fərqlənmə attestatı ilə bitəcəyini düşünür. Xatırladaq ki, E.İsgəndərov 9-cu sinifdə də buraxılış imtahanından 278 bal topladığı üçün ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. 7-ci sinifdə oxuyarkən fizika fənni üzrə RFM-də iştirak edərək gümüş medala, 8-ci sinifdə oxuyarkən istedadlı şagird kimi 9-cu sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında final mərhələsinə qədər yüksəlib, 9-cu sinifdə isə Astronomiya olimpiadasında da gümüş medala layiq görülüb.. 11-ci sinifdə oxuyarkən şagirdlər arasında keçirilən “əlaçı”verilişində də iştirak edərəl Blok imtahanından yüksək nəticə əldə edib. O, Azərbaycan Tibb Universitetinə qəbul olmaq arzusunda olduğunu deyib.

👁 baxış
