Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı – Həbs edilən var

XƏBƏR XƏTTİ
ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•

“PİLOT-16” MMC-nin ekskavatorunu “molotov kokteyli” ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.

Mecra.az musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.

Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.

Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.

Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.

Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, “vurun onu” deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.

Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt