Bakıda ailə faciəsi: üçüncü övladını dünyaya gətirərkən öldü – VİDEO

XƏBƏR XƏTTİ
Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•

Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir. 

Mecra.az  xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb.

“Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. “Anam hanı, nənə? Anam niyə gəlmir?”, deyə soruşurlar…”, – ana bildirib.

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.

G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil… Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.

Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.

G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var. 

Daha ətraflı süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt