15 yaşlı qızı qaçıran şəxsə HÖKM OXUNDU

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şamaxı şəhər sakini 1999-cu il təvəllüdlü Səxavət Müseyibov (ad-soyad şərtdir) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, Səxavət oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.

Belə ki, Səxavət ötən ilin sentyabrında Şamaxıdakı “VİP market”də 15 yaşlı L.Məmmədova ilə tanış olub və onlar sosial şəbəkədə yazışmağa başlayıblar. Bundan sonra o, yeniyetmə qızı dərsdən sonra qaçırıb. L.Məmmədova həmin vaxt evlərinə zəng edərək Səxavətlə qaçdığını deyib. Bir müddət sonra polis əməkdaşları Səxavətgilin evinə gedərək onunla qızı Şamaxı Rayon Polis Şöbəsinə aparıb.

Şamaxı Rayon Məhkəməsi S. Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt