Cəlilabadda elçilikdə “yox” cavabı alan oğlan qızın bibisi oğlunu öldürdü – HÖKM OXUNDU – FOTO

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüfət Əlizadənin məhkəməsi başa çatıb.

Mecra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüfətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara yox cavabı verib.

Bundan sonra Rüfət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüfətgillə danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. “Finca Azərbaycan” şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüfətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər.

Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüfət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində ölüb.

Məhkəmənin hökmü ilə Rüfət Əlizadəyə 13 il həbs cəzası verilib.

Qeyd edək ki, 2 uşaq atası olan V.İlhamlı ali təhsilli mütəxəssis olub.

Fotoda: Vüsal İlhamlı

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt