Sabah bu rayonlarda qaz kəsiləcək – XƏBƏRDARLIQ

XƏBƏR XƏTTİ
Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•8 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•8 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Mecra.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ələt-Astara” dəmiryol xəttinin “Ələt-Osmanlı” hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən dş 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu Navahi qəsəbəsini təbii qazla təmin edən dş 250 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatının daxildən dayandırılacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt