Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş – VİDEO

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə ilə həyat yoldaşının öldüyü yol qəzasının bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı A.Zeynalzadənin “Azsamand” markalı avtomobili Bakı-Quba-Rusiya sərhədi yolunda əks istiqamətdə sürdüyü məlum olub.

Bildirilib ki, hadisədən əvvəl Sabirabad rayon sakini A.Zeynalzadə həyat yoldaşı Dinara ilə birgə Xaçmazın Tel kəndinə gediblər. Onlar Dinaranın birinci nikahdan olan övladını onun valideynlərinin yanında qoyaraq Bakı istiqamətində yola düşüblər. Lakin Şabran rayonu ərazisində olarkən Akif və Dinara fikirlərini dəyişiblər və uşağı özləri ilə aparmaq qərarına gəliblər. Buna görə 23 yaşlı Akif avtomobili saxlayaraq geriyə – əks istiqamətdə hərəkət etməyə başlayıb. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “Renault” markalı yük maşınına çırpılıb.

Akif və hamilə həyat yoldaşı hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt