İcra başçısı şöbə müdirini özünə birinci müavin təyin etdi

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

 

Mecra.az xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Hüseynov Tohid Əlihüseyn oğlu Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Tohid Hüseynov bu vəzifəyə qədər Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Masallı rayon İcra Hakimiyyəti başçısının köməkçisi və Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Ailəlidir. 3 övladı vardır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt