Masallıda DƏHŞƏTLİ QƏZA: üç nəfər öldü – ikisi azyaşlıdı – FOTO

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

“Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib”.

Mecra.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, ilkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “Toyota Prado” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Masallıda “Toyota” qəza törədib, azyaşlı ölüb - FOTO Masallıda “Toyota” qəza törədib, azyaşlı ölüb - FOTO Masallıda “Toyota” qəza törədib, azyaşlı ölüb - FOTO Masallıda “Toyota” qəza törədib, azyaşlı ölüb - FOTO Masallıda “Toyota” qəza törədib, azyaşlı ölüb - FOTO

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt