Azərbaycanda orta məktəbdə bıçaqlanma – 11-ci sinif şagirdi HƏBS EDİLDİ

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Amin Ağayev sinif yoldaşı Sərxan Hacıyevlə dalaşıb. Hadisə nəticəsində S.Hacıyev yumruqla A.Ağayevi gözündən vurub. Hadisədən bir gün sonra A.Ağayevin həmin orta məktəbdə işləyən anası S.Hacıyevə irad bildirib. S.Hacıyev isə A.Ağayevin anasına ağır cavab qaytarıb. Bunu görən A.Ağayev üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə A.Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib. A.Ağayev cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək (oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt