“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” – Prezident

XƏBƏR XƏTTİ
Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə 

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrell Həzrətlərinə başsağlığı verib.

Mecra.az xəbər verir ki, başsağlığı məktubunda qeyd edilir:

“Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt