Cəlilabadda 6 yaşlı uşaq məktəbə getmək üçün qeydiyyata düşə bilmir – ŞİKAYƏT

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Cəlilabadda 6 yaşlı Malik məktəbə getmək üçün qeydiyyata düşə bilmir. 

Bu şikayətlə “Qafqazinfo”ya uşağın atası Xalid Quliyev müraciət edib. Səbəb isə çox qəribədir: Azyaşlının anasının adı doğum evində səhv yazılıb…

X.Quliyevin sözlərinə görə, xəstəxanadakı yanlışlıq səbəbindən övladına indiyə kimi heç bir sənəd, o cümlədən, doğum haqqında şəhadətnamə də ala bilməyib: “Oğlum 2019-cu ildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında doğulub. Doğularkən xəstəxanadan ona verilən sənəddə anasının adı səhv qeyd olunub. Yoldaşımın sənəddə adı Şəbnəmdir, amma el arasında ona Zəhra deyirlər. Həmin sənəddə də Zəhra yazıldığına görə ona doğum haqqında şəhadətnamə ala bilmirəm. Halbuki öz səhvlərini düzəltməlidirlər”.

Ata deyir ki, yaşadıqları Cəlilabadın Alar kəndinin İcra Nümayəndəliyinin verdiyi arayışda da ananın Şəbnəm olması təsdiqlənib. Amma bu da məsələnin həllinə kömək edə bilməyib.

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, cavab ala bilmədik. 

Ədliyyyə Nazirliyindən isə müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş edilməlidir: “Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir və yalnız bundan sonra doğum dövlət qeydiyyatına alınmaqla valideynlər doğum haqqında şəhadətnamə ilə təmin edilirlər.

Qeyd olunan halla əlaqədar vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş olunmalıdır”.


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt