Çünki nə hörmət eləyənik, nə də hay-küy salan! – Qulu Ağsəs

XƏBƏR XƏTTİ
Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•

Kulis.az Qulu Ağsəsin “ŞİRİN(DİL) BİR XATİRƏ TƏK” adlı yazısını təqdim edir.

Tənqid – ədəbiyyat mozaikasında ayrıca pazldır.

Bu pazl yerinə oturmayanda mənzərə dəyişir.

Onda məcbur olub pazlı pazlla çıxarırlar.

Yəni tənqidi tənqid edirlər.

Bəzi tənqid(çi) şeiri (nəsri) tanımır, bəzisi şairi (nasiri).

Onlara sözümüz olmaz.

Bəzi tənqid(çi) şeiri (nəsri), şairi (nasiri) görməzdən gəlir.

Onlara da sözümüz yoxdur, ehtiyat elədikləri, umduqları qələm sahiblərindən kitab bağlayanlara da. Heç onların da bizə sözü olmaz. Çünki nə hörmət eləyənik, nə də hay-küy salan!

Şirindil Alışanlıya isə sözümüz həmişə olub. Sağlığında deməsək də, barı indən sonra susmayaq. “Ulduz” jurnalının bir nömrəsinin eksperti olanda yaxından tanıdım onu.

Sözü yuxarıda tuta-tuta, həm də heç bir müəllifi aşağılamadan gənclərin yaradıcılığını təhlil elədi. Cəsarətli və intellektual rəy! Üstəlik, maarifçi! Zəng vurub təşəkkür elədim, qonorar üçün sənədini istəyəndə heyrətləndi, dedi, onu cavanlar yazın, ardınca da xoş bir zarafat…

Yeni yazılar göndərəsiydi, araya pandemiya düşdü, hamı bir müddət gizləndi sanki, camaat üzə çıxanda Şirindil müəllim dünyanın qapılarını biryolluq bağlayıb qeyb oldu. Amma nələrsə qoydu özündən sonra: özünəməxsus üslub, xarakter və əlbəttə, gözü-könlü toxluq!..

Bir də: Şirin(dil) bir xatirə…

27 fevral 2025

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt