Sabah Bakıda 18° isti olacaq

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt