Bakıda biznesmen yol qəzasında öldü

XƏBƏR XƏTTİ
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Kia Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib.

Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.

Faktla bağlı cinayət işi başlanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt