“Mən ölsəm, kim səni sevəcək, qadın?!” – Əlirza Həsrətin 8 mart şeiri

XƏBƏR XƏTTİ
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•

Mart Beynəlxalq Qadınlar Günüdür.

Mecra.az şair Əlirza Həsrət qadınlara “Göyçək qadın” şeirini təqdim edir:

Mələk sovqatısan, sevda payısan,

Bəxtimin sultanı, a göyçək qadın.

Hərəsi bir adda gül dəstəsidir,

Qadınlar çiçəkdir, ya çiçək qadın?

 

Şamama sovulub, baxan yox bağa,

Sıxır gözlərini buludlar dağa.

Sənin şərəfinə sərxoş olmağa,

Bu gülün şehindən gəl içək, qadın.

 

Sən allah, xəbər ver qoşuna, gəlsin,

Ürəyim gülləyə, qurşuna gəlsin.

Nə təhər ölüm ki, xoşuna gəlsin,

– Mən ölsəm, kim səni sevəcək, qadın?!

Bir çiçək şəkili ola bilər

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt