“Xocalı can verdi qanlar içində” – Gülbala Teymurun şeiri

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Mecra.az şair Gülbala Teymurun şeirini təqdim edir:

Bir az tez dönsəydin Azərbaycana…
( poemadan bir parça)

Nə toprpaq gedərdi, nə qan düşərdi,
Düşmən də olmazdı insan insana.
Bu vətən güclənər, möhkəmlənərdi,
Bir az tez dönsəydin Azərnaycana.

Sənin dönməyinə sədd çəkirdilər,
Bunu sən biliidin, biz də görürdük.
Düşmənlər qisasa köklənirdilər,
Biz hər gün dirilib, hər gün ölürdük.

Xalqı qoymuşdular avara, yalqız,
İnsanıar qalmışdı dərədə, düzdə.
Qana susamışdı erməni qansız,
Rəyasət davası gedirdi bizdə.

Söz verən çox idi, kömək edən az,
Həyacan, ah vardı xalqın səsində.
Hər gün kəndlərimiz gedirdi güdaz,
Hər gün uduzurduq hərb cəbhəsində.

Qarışıq düşmüşdü bütün kələflər,
Telefon xətləri kəsili idi.
Nə qədər səhv vardı, nə qədər səhvlər,
Nazirlə prezident küsülü idi.

Nə xəbər var idi, nə xəbər verən,
Qarabağ can verdi içi-içində.
Bəşər görməmişdi belə bir şüvən,
Xocalı can verdi qanlar içində.

Nə toprpaq gedərdi, nə qan düşərdi,
Düşmən də olmazdı insan insana.
Bu vətən güclənər, möhkəmlənərdi,
Bir az tez dönsəydin Azərnaycana.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt