Cəlilabadda marşrut avtobusu qəzaya uğradı – Yaralı var – FOTO

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az “Report”a istinadla xəbər verir ki, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan “Mercedes” markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan “Lada-Priora” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının müalicəsi bir müddət davam edəcək.

Hadisə şahidlərinin sözlərinə görə, yolun buz bağlaması səbəbindən sürücülər qəzadan qaçmaq imkanına malik olmayıblar.

Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Cəlilabadda sərnişin mikroavtobusu qəzaya düşüb, xəsarət alan var - FOTO

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt