Cəbrayıl şəhərinə növbəti köç yola düşdü – FOTO

XƏBƏR XƏTTİ
“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Mecra.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə – 183 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.






Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt