“Qürbət cənnət olsa da…” – çapdan çıxdı

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Xaricdəki diasporumuzun üzvlərinin fəaliyyətindən bəhs edən yeni kitab işıq üzü görüb.

Mecra.az xəbər verir ki, şair-publisist Süleyman Əlisanın qələmə aldığı kitabda əslən Masallıdan olan, uzun illərdən bəri Sankt-Peterburqda yaşayan və işləyən Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolu, eləcə də Qasımovlar ailəsinin milli-mənəvi dəyərlərə söykənən yaşam tərzi işıqlandırılıb.

Kitabda Qasımov qardaşlarının diasporumuzun təşkilatlanması yolunda göstərdiyi səylərdən, onların qazandığı nailiyyətlərdən real faktlar əsasında ətraflı bəhs olunur.

Qardaşlar Vətən müharibəsinin başladığı ilk günlərdən ermənilərin törətdikləri cinayətlər barədə məlumatları, Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırmaq üçün bir neçə mitinqin təşkilatçısı olub, bu istiqamətdə yorulmaq bilmədən çalışıb, diasporun köməyi ilə müvafiq kitabları çap etdirərək yayıblar.

Qeyd edək ki, S.Əlisa diasporumuzun fəaliyyətinə dair bir sıra digər kitabların və məqalələrin müəllifidir (AZƏRTAC).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt