Biləsuvarda meyiti tapılan 11-ci sinif şagirdi əlaçı imiş – FOTO

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib.

Məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub:

“Onun bu addımı atması, hər kəs üçün gözlənilməzdir. Məktəbin tədbirlərində fəallığı ilə seçilirdi”.

Hadisə fevralın 6-sı gecə saatlarında Biləsuvarda məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

2008-ci il təvəllüdlü Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Onun Birinci Qarabağ müharibəsi şəhidi Zaur Muxtar oğlu Heydərovun ailə üzvü olduğu deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə məruz qalması ilə bağlı məlumatlar da yayılmışdı.

Məsələ ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi “Oxu.Az”a açıqlamasında iddiaları təkzib edib.

Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt