Nəzrinin atası infarkt keçirdi

XƏBƏR XƏTTİ
Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.

Mecra.az “Unikal”a istinadən xəbər verir ki, o, infarkt keçirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:

“Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. “Anju” etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.

Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı”, – deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt