Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü – Həbs edildi

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•
Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən “Sarf” adlı restoranın icarədarı ofisiantı döyüb.

Qaynarinfo-nun məlumatına görə, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı xanım ofisantı döyməkdə ittiham edilib.
Belə ki, sahibkar restoranda Samirənin “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisant xanıma əsəbləşib və “sən sabahdan istirahətdəsən” deyib. Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara “haram xoşun olsun” deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.

Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt