Cəlilabad Mərkəzi Xəstəxanasında ilk dəfə bu əməliyyat icra olundu – FOTOLAR

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında travmatoloji əməliyyatlar uğurla davam edir.

 Mecra.az xəbər verir ki, xəstəxanada ilk dəfə “mil sinirinin epinevral təmiri” əməliyyatı icra olunub.

Tibb müəssisəsinə müraciət edən 1982-ci il təvəllüdlü kişi pasiyentə sağ tərəfli dirsək oynağı səviyyəsində bazunun iki başlı əzələsinin, həmçinin mil sinirinin səthi və dərin şaxələrinin kəsilməsi diaqnozu təyin edilib.

Daha sonra “mil sinirinin hər iki şaxəsinin epinevral təmiri”əməliyyatının icrasına qərar verilib.

Əməliyyatın icrası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortoped həkimi Elnur Aslanov tərəfindən uğurla həyata keçirilib.

Əməliyyatdan 3 gün sonra stasionar şöbədə müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.

Hazırladı: Raqil Quliyev

Bir 2 nəfər və xəstəxana şəkili ola bilər

Bir 2 nəfər və xəstəxana şəkili ola bilər

 

👁 baxış