“Dünyanın ən cazibədar nənəsi” cavan görünüşünün sirrini açdı – FOTO

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Üç nəvəsi olmasına baxmayaraq, heyrətamiz görünüşü və fit bədəni ilə pərəstişkarlarını heyran edən və “dünyanın ən cazibədar nənəsi” kimi tanınan avstraliyalı model Cina Styuart gənclik və gözəllik sirlərini açıqlayıb.

Oxu.Az-ın “Daily Mirror”a istinadla verdiyi məlumata görə, 54 yaşlı qadın yaşlanma əlamətləri ilə mübarizədə portağalın rolundan danışıb.

O izah edib ki, ümumiyyətlə idmanla məşğul olmaq və düzgün qidalanma yaşlanmanı geri döndərə bilər. Ancaq cavanlaşdırıcı qidalar arasında lider portağalı hesab edir.

“Bu, təkcə dadlı və təravətləndirici meyvə deyil, həm də sağlamlığı möhkəmləndirmək və yaşlanma əlamətləri ilə mübarizə aparmaq üçün təbii enerji mənbəyidir”, – deyə qadın bildirib.

O izah edib ki, portağallar dərinin elastikliyini qorumağa və qırışları hamarlamağa kömək edən kollagenin istehsalı üçün lazım olan “C” vitamini ilə zəngindir.

Styuart həmçinin qeyd edib ki, portağaldakı antioksidantlar dərini zərərli ultrabənövşəyi şüalardan qoruya bilir.

Modelin sözlərinə görə, portağallar qan dövranını yaxşılaşdırır, iltihabla mübarizədə kömək edir və görmə qabiliyyətinə müsbət təsir göstərir. Onun sözlərini alimlər də təsdiqləyirlər.

Model təzə sıxılmış portağal şirəsi içməyi, həmçinin onun dilimləri yulaf sıyığına, smuzi və yoğurtlara əlavə etməyi məsləhət görüb.

Bundan əlavə, o, portağal şirəsini ət və balıq marinadlarında istifadə etmək və ya tərəvəzləri onunla qızartmağın mümkünlüyünü diqqətə çatdırıb. Styuart desertlərdən qara şokoladlı portağal, ev şəraitində hazırlanmış ballı portağal sorbeti və portağal qabıqlı çayı qeyd edib”.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt