Cənub bölgəsinin bu rayonları işıqsız qalacaq

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Mecra.az-a  “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdə 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.

“Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq”, – məlumatda qeyd olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt