İcra başçısı doğum günündə şəhid ailəsini ziyarət etdi – FOTOLAR

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı da mütəmadi olaraq şəhid ailələrinə baş çəkir, onlarla həmsöhbət olur və problemləri ilə maraqlanır.

Mecra.az xəbər verir ki, 13 yanvar 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Hüseynov Hilal Dövlət oğlu və Hüseynzadə Ramazan Həmdulla oğlunun ailəsini Muğan kəndində, yaşadığı evdə ziyarət etmişdir.

İcra başçısı şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışdır.

Sonra Rafiq Cəlilov şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır. Şəhid ailəsi rayon rəhbəri ilə geniş söhbətində onların ailəsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını qeyd etmişdir.

Qeyd edək ki, Hüseynzadə Ramazan Həmdulla oğlu 1 yanvar 2000-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. 2023-ci ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusu tərəfindən aparılan antiterror əməliyyatı zamanı Xocalı rayonunun Dəhrəz kəndində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib. Şəhidimizin əmisi Hilal Hüseynov isə birinci Qarabağ savaşı zamanı itkin düşüb və ona şəhidlik statusu verilib. Qardaşı Eldəniz Hüseynzadə isə Vətən müharibəsi iştirakçısıdır. O, göstərdiyi xidmətlərinə görə  “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndindən azad olunasına görə” və “Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

👁 baxış