Cəlilabadda payızlıq kartof yığımı yekunlaşdı, bu qədər məhsul yığılıb

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun yığımı yekunlaşıb, bu mövsüm məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir.

Mecra.az xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu mövsüm Cəlilabad rayonunda təkrar əkin kimi 767,9 hektar sahədə payızlıq kartof əkilib. Sahələrdən ümumilikdə 13 054,3 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 17 ton olub. Ötən mövsüm isə bu rəqəm hər hektar üçün 16 ton təşkil edib.

Həmçinin qeyd olunub ki, yığılan məhsul əsasən paytaxt bazarlarına göndərilib.

Qeyd edək ki, 2024-cü il rayonda 2 900 hektar sahədə yazlıq kartof da əkilib və 81 740 ton məhsul əldə olunub (Report).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt