Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

XƏBƏR XƏTTİ
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimə edildi – Kosmetoloq qanunsuz işləyibƏrdoğandan BMT ilə bağlı təklifSabahın havası açıqlandıPrezident müşavirə keçirdi – FOTOLARPolis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi3-cü kurs tələbəsi əməliyyatda öldü – FOTOSektor müdiri DSK sədri təyin edildiDubay Əmirinin qardaşı öldü – 10 günlük matəm elan edildi“Kristal Estetik” və rəhbərliyi 29 min cərimə edildi – Kosmetoloq qanunsuz işləyibƏrdoğandan BMT ilə bağlı təklifSabahın havası açıqlandıPrezident müşavirə keçirdi – FOTOLARPolis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi3-cü kurs tələbəsi əməliyyatda öldü – FOTOSektor müdiri DSK sədri təyin edildiDubay Əmirinin qardaşı öldü – 10 günlük matəm elan edildi

“Qaz İxrac” İdarəsinə məxsus “Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi sossesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt