Ofeliya Sənaninin vəziyyəti açıqlandı

XƏBƏR XƏTTİ
22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərNaxçıvan Müəllimlər İnstitutu ləğv edilir22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərNaxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.

Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır”, – rəsmi məlumatda vurğulanıb.

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt