Cəlilabadda xurma yığımı aparılır: Fermerlər qiymətdən razıdır

XƏBƏR XƏTTİ
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•

Cəlilabad rayonunda xurma bağlarında məhsul yığımı aparılır.

Mecra.az xəbər verir ki, bu barədə fermerlər məlumat verib.

Onların sözlərinə görə, bu il məhsulun satış qiymətindən razıdırlar. Belə ki, xurmanın satış qiyməti kq-ı 50-60 qəpik civarında dəyişir. Ötən il isə bu rəqəm 30-40 qəpiyə bərabər olub.

Fermerlər bildirib ki, bu il həm də məhsuldarlıq yüksəkdir. Ötən il hər hektara orta hesabla 12-13 ton məhsul əldə olunub, cari il isə bu rəqəm 16-17 tona bərabərdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tədarük olunan meyvə əsasən paytaxt bazarlarına göndərilir.

Cəlilabad ərazisində 5,5 hektar sahədə xurma bağları mövcuddur. Bu bağlar əsasən rayonun Göytəpə şəhəri, həmçinin Təzəkənd, Privolnoye, Üçtəpə kəndlərində yerləşir (Report).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt