Bu rayonlarda işıq OLMAYACAQ

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Mecra.az-a Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Səhmdar Cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Quba Elektrik Şəbəkəsində (EŞ) 6 kV-luq Paylayıcı Qurğuda (PQ) həyata keçirilən yenidənqurma işlərinin tamamlanması ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Səməd Vurğun, Əliqulu Nərimanov, Məhəmməd Əmin Rəsulzadə küçələri, Heydər Əliyev prospekti, General Məhəmməd Əsədov, 8 Mart və Arif Hüseynzadə küçələrinin bir hissəsi, həmçinin Xudat Elektrik Şəbəkəsi Sahəsinin xidməti ərazisində 35/10 kV-luq “Nabran” yarımstansiyasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar saat 09:00-dan saat 17:00-dək Səlimoba, Samurçay, Günəşli, Turist, Şimali kəndləri və Nabran kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma və əsaslı təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt