Lənkəranda aktrisa vəfat etdi – FOTO

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Azərbaycanda aktrisa vəfat edib.

 

Mecra.az xəbər verir ki, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

 

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

 

O, teatrın səhnəsində bir çox tamaşalarda – “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

 

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub (APA).

Azərbaycanlı aktrisa vəfat etdi
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt