Tovuzda partlayış: Xəsarət alan var

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Tovuzda partlayış olub.

Mecra.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.

Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, bunlar, 32 yaşlı Rüstəmov Rasim Sahib oğlu və 58 yaşlı Quliyev Ələddin İsrafil oğludur.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Ələddin Quliyevin vəziyyətinin ağır olduğu deyilir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt