“İncə zərif xanımam, amma bütün ailənin yükü mənim üzərimdədir”- Məleykə Əsədova

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Xalq artisti Mələykə Əsədova ailəsi ilə bağlı üzücü xəbəri bölüşüb.

Mecra.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.

Aktrisa bildirib ki, hazırda bacısı qızı xərçəng xəstəliyi mübarizə aparır:

“İncə zərif xanımam. Bütün ailənin yükü üzərimdədir. Bu ilimiz bitir. Bu ilə də şükür olsun. Bu il mənim üçüm çətin keçdi. İl başlayan anda mənim böyük bacım xəstə oldu. Onun müalicəsi ilə məşğul oldum. Bunun üzərindən 1-2 ay keçməmiş bacımın qızı ağır xəstəliyə düçar oldu. Bacımın bir qızı var. Onu demək olar ki, mən böyütmüşəm, yanımda qalıb, universiteti yanımda oxuyub, bitirib. O bu dəqiqə xərçəng xəstəliyi ilə mübarizə aparır. Onun belə olması mənə çox pis təsir etdi. Amma biz yenə də hər günümüzə şükür deyirik. Ruhum yorulur, amma mən güclüyəm. Səhnəyə çıxanda, tamaşaçıların sevgisini görəndə şükür edirəm. Həyatı, yaşamağı, gözəlliyi sevirəm. Mənfi və enerjisi mənə pis təsir edən insanlardan qaçıram. Əgər qanım qaralacaqsa, istəmirəm verilişlərə getməyi. Deyirəm ki, mən aktrisayam, istəyirəm səhnədə var olum. Mən toya gedən deyiləm ki, gündəmdə olum, gündə efirə çıxım. Ona görə də hər şeydən uzaqlaşmaq istəyirəm. İstəyirəm ki, yalnız səhnə, işim, ailəm, sağlamlığım, dostlarım, onların sağlamlığı olsun” (olay.az).

​​​​

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt