Səmanın döyüşçü Şahini: Şəhid pilot Elmir Həsənov – VİDEO

Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir. 2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır.

Mecra.az xəbər verir ki, ailədə 3 qardaş olublar. Hər üç qardaş Vətən müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən medallar ilə təltif olunmuşlar. Digər 2 qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır. 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə həlak olmuşdur.

👁 baxış