Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Mecra.az Lənkəran rayonu üzrə birləşəcək bələdiyyələrin siyahısını təqdim edir:
36.1. Aşağı Nüvədi, Siyavar və Viyən bələdiyyələrinin əhatə etdiyi Aşağı Nüvədi qəsəbəsində və Kənarmeşə, Küvənil, Seyidəkəran, Siyavar, Şilim, Vel, Viyən kəndlərində Aşağı Nüvədi bələdiyyəsi;
36.2. Balıqçılar və Nərimanabad bələdiyyələrinin əhatə etdiyi Balıqçılar və Nərimanabad qəsəbələrində Nərimanabad bələdiyyəsi;
36.3. Biləsər və Səpnəkəran bələdiyyələrinin əhatə etdiyi Biləsər, Ələzəpin, Mikolan, Seliqavol, Səpnəkəran, Vıy və Yuxarı Nüvədi kəndlərində Səpnəkəran bələdiyyəsi;
36.4. Gəgiran və Günəhir bələdiyyələrinin əhatə etdiyi Bəliton, Dıryan, Gəgiran, Günəhir, Horavenc, Jidi, Köhnə Gəgir, Qodəsə, Şivlik, Tuado və Türkəncil kəndlərində Gəgiran bələdiyyəsi;
36.5. Havzova və İstisu bələdiyyələrinin əhatə etdiyi İstisu qəsəbəsində və Havzova kəndində İstisu bələdiyyəsi;
36.6. Hirkan və Xanbulan bələdiyyələrinin əhatə etdiyi Hirkan qəsəbəsində və Aşağı Apu, Bürcəli, Daştatük, Xanbulan, Parakənd, Rəzvan, Sərinbulaq kəndlərində Hirkan-Xanbulan bələdiyyəsi;
36.7. Kərgəlan və Şağlakücə bələdiyyələrinin əhatə etdiyi Ballabur, Darquba, Kərgəlan, Lüvəsər, Səbir və Şağlakücə kəndlərində Kərgəlan bələdiyyəsi;
36.8. Separadi və Zövlə bələdiyyələrinin əhatə etdiyi Separadi, Tükəvilə və Zövlə kəndlərində Separadi bələdiyyəsi;
36.9. Vilvan və Viravul bələdiyyələrinin əhatə etdiyi Vilvan və Viravul kəndlərində Vilvan bələdiyyəsi.
Hazırladı: Uğur