15 yaşlı qızı kişilərə 600 manata satan qadın TUTULDU

XƏBƏR XƏTTİ
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•

Bakıda yetkinlik yaşına çatmayan qızı və bir neçə digər həmcinsini fahişəliyə cəlb etmiş 1993-cü il təvəllüdlü “Sisi” ləqəbli S.Orucova cinayət məsuliyyətinə cəlb edilib.

Mecra.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barasəndəki cinayət işi üzrə hökm oxunub.

Qadın Cinayət Məcəlləsinin 171 (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, Cəbrayıl rayon sakini olan S.Orucova müxtəlif qadınları 100-200 manat qarşılığında kişi müştərilərlə görüşdürüb. O, 15 yaşlı digər qızı isə 400-600 manat müqabilində görüşlərə cəlb edib. Hər görüşə görə isə 100-200 manat gəlir əldə edib.

Məlum olub ki, o, yetkinlik yaşına çatmayan qızın yaşadığı evdə qalıb. Həmin vaxt yeniyetməninin 13 yaşı olub və aralarında dostluq münasibətləri yaranıb. Bundan sonra “Sisi” yeniyetmə qızı şirnikləndirərək bu işə cəlb edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Orucovaya 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin yüngülləşdirici hallar nəzərə alınaraq onun cəzası 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib. (qafqazinfo.az). 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt