Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Məcra.az Masallı rayonu üzrə birləşəcək bələdiyyələrin siyahısını təqdim edir:
37.1. Banbaşı və Yeyənkənd bələdiyyələrinin əhatə etdiyi Abasbəyli, Banbaşı, Binə Xocavar, Böyük Xocavar, Xəlfələr və Yeyənkənd kəndlərində Banbaşı bələdiyyəsi;
37.2. Bədəlan və Qızılavar bələdiyyələrinin əhatə etdiyi Aşurlu, Bədəlan, Çayqıraq, Dəlləkoba, Dəmirçi və Qızılavar kəndlərində Bədəlan bələdiyyəsi;
37.3. Çaxırlı və Təklə bələdiyyələrinin əhatə etdiyi Bala Təklə, Çaxırlı, Xoşçobanlı, İmanlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli, Sarıcəfərli, Sığıncaq və Təklə kəndlərində Təklə bələdiyyəsi;
37.4. Göyəçöl, Lürən və Musakücə bələdiyyələrinin əhatə etdiyi Göyəçöl, Lürən, Musakücə, Pircana və Yusifli kəndlərində Musakücə bələdiyyəsi;
37.5. Güllütəpə və Köhnə Alvadı bələdiyyələrinin əhatə etdiyi Əmirtürbə, Güllütəpə, Köhnə Alvadı, Köhnə Zuvand, Tatyanoba, Yeni Zuvand və Yolağac kəndlərində Güllütəpə bələdiyyəsi;
37.6. Həsənli və Xırmandalı bələdiyyələrinin əhatə etdiyi Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı, Köcəkli, Məmmədxanlı və Təkdam kəndlərində Xırmandalı bələdiyyəsi;
37.7. Hişkədərə, Miyanku və Tüklə bələdiyyələrinin əhatə etdiyi Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndlərində Hişkədərə bələdiyyəsi;
37.8. Xıl, Sərçuvar və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Xıl, Sərçuvar, Sirəbil və Təzəkənd kəndlərində Xıl bələdiyyəsi;
37.9. Kolatan və Sığdaş bələdiyyələrinin əhatə etdiyi Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyan, Ninəlov və Sığdaş kəndlərində Kolatan bələdiyyəsi;
37.10. Qarğalıq, Səmədxanlı və Şərəfə bələdiyyələrinin əhatə etdiyi Ağakişibəyli, Alışanlı, Birinci Səmədxanlı, Dəlləkli, Əminli, Ətcələr, Xallıcalı, İkinci Səmədxanlı, Kürdəbazlı, Qarğalıq, Qədirli, Şəhriyar və Şərəfə kəndlərində Şərəfə bələdiyyəsi;
37.11. Qəriblər və Qodman bələdiyyələrinin əhatə etdiyi Dəmbəlov, Əzizabad, İsi, Qəriblər, Qodman, Məmmədrzakücə və Şıxlar kəndlərində Qəriblər bələdiyyəsi;
37.12. Qızılağac və Viləş bələdiyyələrinin əhatə etdiyi Hüseynhacılı, Qızılağac, Öncəqala və Viləş kəndlərində Viləş bələdiyyəsi;
37.13. Mahmudavar və Türkoba bələdiyyələrinin əhatə etdiyi Qəzvinoba, Mahmudavar, Molalan, Rüdəkənar, Şatıroba və Türkoba kəndlərində Mahmudavar bələdiyyəsi;
37.14. Şıxlar və Yeddioymaq bələdiyyələrinin əhatə etdiyi Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndlərində Yeddioymaq bələdiyyəsi.