Təcili yardım maşını qəzaya düşdü: Yaralılar var

XƏBƏR XƏTTİ
Ərdoğan Azərbaycana gəldi – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•Ərdoğan Azərbaycana gəldi – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•

Lənkəranda  yol-nəqliyyat qəzası baş verib. 

Məcra.az xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində baş verib.

Belə ki,  Astaradan Lənkərana, xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub.

Qəzada, avtomobildə olan xəstə Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, “Hundai Tucson” sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt