NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (MÜSAHİBƏ)

Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geofizika ixtisasına qəbul olub. Bakalavr pilləsində təhsil aldığı dövrdən Geologiya və Geofizika İnstitutunda böyük laborant olaraq fəaliyyətə başlayıb. 2011-ci ildə BDU-nun Seysmologiya və seysmometriya ixtisaslaşması üzrə magistr adını qazanıb. 

Magistraturanın sonuncu tədris ilində DAAD mübadilə proqramının qalibi kimi tədqiqat işini Almaniya Yer Elmlər Mərkəzində aparıb. 2015-2019-cu illərdə Çin Milli Elmlər Akademiyası Universiteti Şanxay Astronomiya rəsədxanasını bitirib. Çin Elmlər Akademiyasında Kosmik Geodeziya və Geodinamika üzrə doktorantura təhsili alıb. Təhsil aldığı dövrdə Akademiya tərəfindən iki dəfə ən yaxşı xarici tələbə seçilib. “Şərqi Aralıq dənizi və Qafqaz bölgəsində yer qabığı deformasiyasının GPS və seysmik məlumatlar əsasında öyrənilməsi” mövzusunda tədqiqat işini uğurla müdafiə edərək astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra Pekin Universitetinə müraciət edib və orada “BOYA” adlanan postdoktorantura proqramının qalibi olub. Bu proqramda regiondan tək qalib seçilib.

Söhbət hazırda NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (JPL) Postdoktoral Tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdan gedir. O, ABŞ Dövlət Departementinin təşkil etdiyi qlobal təhsil mübadilə proqramı olan “Fullbright” təqaüd proqramının da qalibidir. Xatırladaq ki, B.Əhədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Çin Elmlər Akademiyası Universitetinin əməkdaşı olub. Uğurları, NASA-dakı fəaliyyəti ilə bağlı Bəhruz Əhədovla söhbətləşdik.

– Bəhruz bəy, 2005-ci ildə geofizika ixtisasını seçərkən düşünürdünüz ki, zaman gələcək və NASA-da alim kimi fəaliyyət göstərəcəksiniz?

– O zaman indiki kimi geniş informasiya mənbələri və yüksək məlumatlılıq səviyyəsi yox idi. Peşə seçimi ilə bağlı məsləhət ala biləcəyim kifayət qədər mütəxəssis və ya istiqamət verən şəxslər də mövcud deyildi. Bu məhdudiyyətlər daxilində özüm araşdırma apararaq geofizikanın nə olduğunu və mənə gələcəkdə hansı imkanları verə biləcəyini öyrənməyə çalışdım. Elmi tədqiqat fəaliyyətimdə daim yenilik və fərqlilik axtarmağı sevmişəm. Geofizika sahəsini araşdırarkən düşünürdüm ki, burada qeyri-adi bir şey öyrənə və yeni biliklər əldə edə bilərəm. O dövrdə ətrafımdakı insanların çoxu iqtisadiyyat, hüquq, neft-qaz və tibb kimi populyar ixtisasları seçirdi. Lakin mən fərq yaratmağı sevdiyim üçün bu sahələr marağımı çəkmirdi, buna görə də geofizikanı seçdim.

– Uğurlarınız olduqca genişdir. Bəs sizcə, bunlardan hansı Bəhruz Əhədovu daha çox təmsil edir?

– İndiyə qədər olan fəaliyyətlərim arasında ən böyük uğurum NASA ilə bağlıdır. Doktorantura təhsili illərində NASA-da tədqiqatçı kimi çalışmağı arzulamışam. Çindəki təhsil dövrümü də mühüm bir nailiyyət kimi qiymətləndirirəm. Çünki NASA-ya gedən yol elə Çində əldə etdiyim bilik və bacarıqların nəticəsidir.

– Bir az Çindəki təhsilinizdən bəhs edə bilərsiniz? 

– Çindəki təhsil mənə elmi baxımdan əhəmiyyətli dərəcədə inkişaf imkanı verdi. Təhsil təcrübəm olduqca çətin keçdi, çünki Asiya ölkələrində təhsil almaq müəyyən dərəcədə stressli prosesdir. Orada tələblər yüksəkdir. Bizim ali təhsil sistemimizdə doktorantura səviyyəsində gözlənilən nəticələr, Çində ali təhsilin bakalavr səviyyəsindəki tədqiqatlarda tələb olunurdu. Magistraturada təhsil alan tələbələrin apardığı tədqiqatlar bizim aldığımız təhsillə müqayisədə əhəmiyyətli dərəcədə yüksək səviyyədə idi. Ölkəmizdəki dərslər kifayət qədər faydalı olsa da, Çindəki təhsil sisteminin standartları və elmi tədqiqatlara yanaşması daha spesifik tələblərə cavab verirdi. Bu səbəbdən Çindəki ilk təhsil ilimdə bir çox mövzunu yenidən öyrənməyə qərar verdim.

– Fəaliyyətinizdə yaşadığınız çətinliklər sizi nə vaxtsa məqsədinizdən yayındırıb?

– Mən heç vaxt işimlə bağlı hər hansı bir vəziyyətdə bezməmişəm. İnanıram ki, burada olduğum yerə qədər gəlməyimin əsas səbəblərindən biri də vaz keçməməyimdir. Uğura aparan yolda nizam-intizam mütləqdir. Bu, qarşıma qoyduğum məqsədlərə çatmağı asanlaşdırır. Hər gün müəyyən vaxt ayıraraq tədqiqatlarım üzərində işləmək və yeni biliklər əldə etmək nizamın bir təzahürüdür. Eyni zamanda, intizam, çətinliklər qarşısında dayanma gücünü artırır və neqativ hallarla mübarizədə mənə dəstək olur. Tədqiqat zamanı qarşıma çıxan çətinliklərdən ilham alaraq daha da irəliləməyə müvəffəq oluram. Düzdür, bəzən neqativ hallarla da qarşılaşmışam. Lakin elm yolunda irəliləyərkən yalnız müsbət nəticələr gözləmək doğru deyil. İnsan bu hadisələri təcrübə və motivasiya mənbəyi kimi qəbul etməlidir. Beləliklə, məqsədimdən heç vaxt dönmürəm. Hər zaman daha yaxşısını hədəfləyərək irəliləməyə çalışıram. Bu yanaşma, mənim elmi inkişafım üçün mühüm bir elementdir.

– Tez-tez müxtəlif konfranslarda, tədbirlərdə çıxışlar edirsiniz. Onların sizin fəaliyyətinizdəki yerini necə ifadə edərsiniz?

– Peyk texnologiyaları sahəsində ölkəmizdə çalışanların sayı olduqca azdır. Bu səbəbdən nəticələr əldə etdikdə müzakirələr aparmaq üçün uyğun mütəxəssisləri tapmaq çətinlik yaradır. Lakin konfranslarda bu sahədə ixtisaslaşmış şəxslərin əhatəsində olmaq hər tədqiqatçı üçün olduqca vacibdir. Əldə etdiyiniz nəticələri paylaşmağa, müzakirələr aparmağa və yeni ideyalar kəşf etməyə imkan tanıyır. Bu cür mühitdə insanlar sizin tədqiqat nəticələrinizlə tanış olur, siz də digər alimlərin təqdimatlarını izləyirsiniz. Hər tədbirdən qayıdanda yeni biliklər əldə edir, müxtəlif ideyalarla geri dönürəm. Həmişə düşünürəm ki, bu ideyaları tətbiq edərək növbəti konfransa qədər hazır vəziyyətə gətirməliyəm. Bu il Avstriyada keçirilən konfransda təqribən 25 min iştirakçı arasında Xəzərlə bağlı tədqiqatımız Amerika Geofizika Cəmiyyəti tərəfindən seçilmiş və qlobal olaraq yayımlanmışdır.

– Tədqiqatlarınız zamanı sizi ən çox cəlb edən nədir?

– Fəaliyyətim əsasən yer elmləri ilə əlaqədardır. Apardığım tədqiqatlardan əldə etdiyim nəticələr, xüsusilə zəlzələ və vulkanlarla bağlı olanlar, məni çox valeh edib. Yerin səthində olduğumuz üçün yerin altında baş verən bir çox geodinamik proseslərdən xəbərsiz qalırıq. Lakin müasir texnologiyalar, xüsusilə peyk dataları və geofizika tədqiqat metodları vasitəsilə yerin altındakı prosesləri izləmək və analiz etmək mümkündür. Bu texnologiyalar sayəsində başqalarının görə bilmədiyi hərəkətliliyi aşkar etmək imkanı yaranır ki, bu da elmi tədqiqatların dərinliyini artırır. Həm də elmin inkişafında innovativ yanaşmaların və müasir texnologiyaların rolunu vurğulayır. Peyk texnologiyası ilə tanışlığım Çində təhsil aldığım dövrdə başlamışdı. Bu yüksək texnologiyanı zəlzələlərin öyrənilməsində ilk dəfə 2017-ci ildə İranda baş vermiş zəlzələyə tətbiq etdim. O zaman əldə etdiyim nəticələr o qədər maraqlı görüntülərə – rəng çalarları, qırılmaların təsviri və digər elementlərə səbəb olmuşdu ki, bu görüntüləri hələ də xatirə olaraq saxlayıram.

– Peyk texnologiyası sayəsində əldə edilən gözəlliklərdən bəhs etdiniz. Bu texnologiyalardan başqa hansı məqsədlər üçün istifadə etmək olar?

– Əvvəl elm yanıla bilirdi, lakin texnologiyanın inkişafı ilə bu ehtimal əhəmiyyətli dərəcədə azalıb. Bunun səbəbi əldə edilən məlumatların və dataların dəqiqliyidir ki, bu da yanılma ehtimalını minimuma endirir. Texnologiya irəlilədikcə, gələcək ilə bağlı daha çox məlumat əldə etmək mümkündür. Məsələn, zəlzələdən sonra vulkanların püskürməsi və ya aktivləşməsi barədə proqnozlar verilir. Bu proqnozlar bəzən özünü doğruldur, lakin çox hallarda doğrultmur. Bu məsələ ilə bağlı tədqiqatlar aparmışıq. İlk dəfə Azərbaycanda peyk texnologiyası istifadə edərək bu fikrin hər zaman özünü doğrultmadığını analiz edib vizuallaşdırdıq. Texnologiya vasitəsilə bu tədqiqatların dəqiqliyini öyrənirik, çünki bəzən insanın getməsi çətin olan yerlər mövcuddur ki, bu da əlavə resurslar və texnologiya tələb edir. Lakin peyk texnologiyası ilə istənilən anda və istənilən ərazini araşdırmaq mümkündür. Bu cür tədqiqatların sayəsində gələcəyi planlaşdırmaq imkanını əldə edirik.

– Elə texnologiyanın bizə verdiyi imkanlardan bəhs etmişkən, dünyanı bu texnoloji datalarla təmin edən NASA-dan danışa bilərsinizmi?

– “Fullbright” proqramını qazandım və indi NASA-nın Reaktiv Hərəkət Laboratoriyasındayam (JPL). Burada bütün sistemlər yüksək texnologiya ilə idarə olunur və proqramlar o qədər əlverişlidir ki, insan nəticələr aldıqca, daha çox nəticə əldə etmək istəyi yaranır. Bu texnologiya hər bir mərhələdə yeni biliklər öyrənməyə imkan tanıyır. Planetlərin öyrənilməsi, tədqiqatların aparılması, uçuşların həyata keçirilməsi, peyklərin hazırlanması və sair JPL-də baş verir. Burada təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Axtarış aparmağa ehtiyac yoxdur, çünki bütün məlumatlar əlinizin altında mövcuddur. Lakin bütün bu məlumatlar şəxsi kompüterinizlə təmin edilmir, sizə verilən texnologiya ilə işləməlisiniz.

– NASA gözləntilərinizi doğrulda bildimi?

– Bura gəlməzdən əvvəl alimlərin suallarıma necə cavab verəcəkləri və məni necə qarşılayacaqları ilə bağlı bəzi qeyri-müəyyənliklərim var idi. Lakin burada insanlarla tanış olduqdan sonra onların son dərəcə səmimi və dəstəkləyici olduqlarını anladım. Mentorum dünyada tanınmış alimlərdən biridir, lakin o, hər zaman tədqiqatlarımla maraqlanır. Suallarım olduqda ona yazıram və ya üz-üzə müzakirələr aparırıq. Hazırda özümü xəyal etdiyim elmi mühitdə hiss edirəm. Burada dərin və əhatəli tədqiqatlar aparılır və artıq ikinci ayımdır ki, əldə etdiyim biliklərin faydasını görürəm. Müəyyən elmi nəticələrə nail olmuşuq.

– Artıq müəyyən elmi nəticələr əldə etmisiniz. Bəs NASA-da fəaliyyətiniz başa çatdıqdan sonra bu öyrəndiklərinizi ölkəmizdə də tətbiq etməyi düşünürsünüzmü?

– NASA-da fəaliyyət göstərmək mənim üçün yalnız şəxsi qürur deyil, eyni zamanda ölkəmi beynəlxalq arenada təmsil etmək imkanıdır. Fəaliyyətim başa çatdıqdan sonra geri dönməyi düşünürəm, çünki buradakı araşdırmalarımın əsas məqsədi əldə etdiyim bilik və təcrübələri ölkəmizdə və regionda tətbiq etməkdir. Elə tədqiqat sahəm də əsasən Azərbaycan və Xəzər dənizi ətrafındakı bölgələri əhatə edir. Eyni zamanda, NASA ilə əməkdaşlığımı davam etdirərək, digər tədqiqat mərkəzləri ilə də sıx əlaqələr qurmağı planlaşdırıram. Bu yanaşma elmi inkişafımızın müasir standartlara uyğun şəkildə irəliləməsinə və milli elmi potensialımızın artırılmasına kömək edəcək. Qafqaz regionu genişmiqyaslı elmi tədqiqatlar üçün olduqca əlverişli laboratoriya rolunu oynayır. Lakin materialların köhnə olması və əlçatan olmaması narahatlıq doğurur. Yeni texnoloji yeniliklərə o qədər də müraciət edilmir. Biz dünya ilə ayaqlaşmalıyıq və ətrafımızdakı ölkələrlə kifayətlənmək doğru deyil. Çox istərdim ki, bu müasir texnologiyalar ölkəmizdə də tətbiq olunsun. Çünki peyk məlumatlarına bütün sahələrdə ciddi ehtiyac var.

 

Mənbə: “Kaspi” qəzeti

jojobetistanbul escortdinamobetmatbetcasibom girişcasibom güncel girişgrandpashabet 2198jojobet güncel girişextrabetistanbul escort bayanholiganbet girişjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahisjojobetPusulabet güncel giriş adresicasibom yenipusulabet girişGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahiscasibom güncelcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetgalabet gerçek adresmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetjojobet güncelcasibom 715 girişPusulabet güncel giriş adresingsbahiselexbetbahigojojobet girişgrandpashabet güncel girişjojobet girişjojobet girişmarsbahis güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişpusulabetpusulabetdumanbetbettineextrabetperabetsavoybettingbettinesahabet güncel girişmatbet güncel girişbettinePusulabet güncel girişcasibom girişcasibom girişankara escortcasibom güncel girişcasibomgrandpashabetgrandpashabetjojobetmarsbahismarsbahismarsbahismatadorbetsahabetMeritkingpusulabet güncel girişbetwoonbetwoonhttps://extraustam.tumblr.com/Grandpashabetgrandpashabetsekabet girişholiganbetjokerbet güncel girişmeritkingsahipleniyorummatbetzbahisonwin güncel girişcasibommarsbahisBalçova Escortbetturkeymatadorbetcasibomcasibomcasibom girişbettilt girişjojobet girisCasibom girişartemisbetmarsbahis girişcasibom girişcasibom girişmatadorbet güncel girişbetriversbingo blitz freebetandyou girisjojobetsophie rain leakdeneme bonusu veren sitelercasibom girişcasibomcasibom girişGrandpashabetbetwooncasibomBahçeşehir Escort - Bahçeşehir Escort BayancasibomGebze Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettilttümbetjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetganobetganobetmatadorbetmatadorbetcasibom girişmeritking girişbahsegel güncel girişfixbet güncel girişbetturkey güncel girişbetparkbetparkimajbet güncel girişmatbet güncel girişcasibom girişcasibom güncel girişbayrampaşa günlük kiralık evsekabet güncel girişsahabet güncel girişonwin güncel girişmarsbahis güncel girişholiganbet güncel girişjojobet güncel girişjojobet güncel girişmatadorbet güncel girşartemisbet güncel girişrestbet güncel girişpusulabet güncel girişmeritking güncel girişjojobetjojobetonwinmarsbahis