“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ

XƏBƏR XƏTTİ
Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•

Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib.

Məcra.az xəbər verir ki, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.

Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi “Embawood” şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.

Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib.

Bu narazılıqlarla bağlı sonuncu mübahisədə Rəşad yüksək hiss-həyəcən, stress vəziyyətində arvadını bıçaqla qətlə yetirib.
Təqsirləndirilən şəxsə əvvəl 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sonradan 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İşi Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev araşdırıb. Hakim yekun iclasda təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini bəyan edib. 

Hökmə əsasən, Rəşada 1 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının əvvəli bu ilin aprelindən hesablandığı üçün 5 ay sonra azadlığa buraxılmalıdır (qafqazinfo.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt