“Ağdama qayıdın…” – Vasif Əlihüseynin şeiri…

XƏBƏR XƏTTİ
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•9 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•9 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Bu gün noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Şair Vasif Əlihüseyn şair dostu Qulu Ağsəsi doğma rayonu Ağdamın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib və bu münasibətlə şeir yazıb.

Məcra.az həmin şeiri təqdim edir:

Gözünün qarası da

ağı da aydın

Ağdama qayıdın,

qayıdın, sizə qayıdan Ağdama

altı yaşımda işğal olunan o rayonu

ayağıyalın qadının gəlişiylə xatırlayıram

ürəyinizə otuz illik nisgilin

sevinci dama-dama

qayıdın, sizə qayıdan Ağdama

şəhərin girişində

şeh tutmuş eynəyini çıxar gözündən

köynəyinin ətəyinə sil

oba-oba, nəsil-nəsil

qayıdın, sizə qayıdan Ağdama

gözlərini ver şəhərin havasına

qol qaldır, oyna

uçmuş evlərin, qəbirlərin yasına

bu qalibiyyət, bu qovuşmaq dünyasına

xoş gəlmisiz!

qayıdın, sizə qayıdan Ağdama.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt