Aşiq Namiq atasının ölümündə ittiham etdiyi həkimi bağışladı: “Əlində “Quran” gəldi…”

XƏBƏR XƏTTİ
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•

Aşiq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb. 

Məcra.az xəbər verir ki, o, həkimin adını açıqlamaq istəməyib.

“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində “Quran” gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur, normal müalicə etmişəm, atanız 15-16 gün də yaşayıb. Mən də hacı, kərbəlayiyəm, Allaha, “Quran”a inanan adamam. Həkimi bağışladım. Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazdırmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə…  İnsanıq də. “Quran”ın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum…” – o bildirib.

Qeyd: Bir müddət öncə atasını xəstəxanaya yerləşdirən Namiq Fərhadoğlu onun həkim məsliyyətsizliyi ucbatından vəfat etdiyini bildirmişdi (pravda.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt