“Azərbaycan tarixindəki ən böyük beynəlxalq tədbir: COP 29 öz işinə başlayıb”

Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı olan COP 29 beynəlxalq iqlim sammiti, 2024-cü ilin ən mühüm tədbirlərindən biri olaraq ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Azərbaycanın COP 29-a ev sahibliyi etməsi, ölkənin yalnız regional deyil, həm də qlobal miqyasda iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmi və beynəlxalq əməkdaşlıqda fəal iştirakını göstərir. Bu, həm də Azərbaycanın ekoloji siyasətinin dünya səviyyəsində tanınması deməkdir.

Məlumat üçün qeyd edək ki, hər il təşkil edilən bu sammitdə iştirak edən dünya liderləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışları və hədəfləri müzakirə edirlər. Bu sammitdə, atmosferdəki karbon qazı miqdarının azaldılması, təbii ehtiyatların qorunması, ekoloji bərpa və yenilənəbilən enerji mənbələrinə keçid kimi məsələlər müzakirə olunur. Tədbirdə həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və texnoloji dəstəyin göstərilməsi məsələləri də gündəmdə saxlanılır.

Bu il ölkəmizdə keçirilən COP29-un əsas diqqət çəkən mövzusu isə inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə dəstəyi ayrılması məsələsidir. Təsadüfi deyil ki, paytaxt Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş ciddi və sərt xəbərdarlıq edərək, artıq vaxtın bitdiyini bildirmişdir. O, belə demişdir: “Bütün dövlət nümayəndələrinə müraciət etmək istəyirəm ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.” BMT-nin rəhbərinin bu sözləri, vəziyyətin ciddiliyini və Sammitin əhəmiyyətini bir daha vurğulayır. Beləliklə, ölkəmizdə keçirilən bu ali tədbir, bu gün dünyanın ən vacib gündəm maddələrindən biridir.

Sammitin açılış mərasimində dövlətimizin başçısı da çıxış edərək mühüm məsələlərə toxundu. Ümumilikdə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq əməkdaşlığı və uğurları, multikulturalizm və mədəniyyətlərarası dialoq, yaşıl gündəlik və bərpa olunan enerji layihələri, Azərbaycanın iqtisadi göstəriciləri və sosial inkişafı kimi bir çox mövzunu əhatə edən nitqində, xüsusilə diqqət çəkən məqam, dövlətimizin başçısının az qala bir ildən bəri davam edən qarayaxma kampaniyalarına cavab verməsi oldu. Prezident İlham Əliyev, tutarlı arqumentlərlə ölkəmizə qarşı aparılan bu kampaniyaların əsassız və məqsədli olduğunu sübut etdi. O bildirdi ki, IX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Ölkə başçımız qeyd etdi ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Bu mesaj, şübhəsiz ki, öz yerinə çatdı. Ümumilikdə, hər hansı bir dövləti onun təbii sərvətləri ilə günahlandırmaq, ucuz və primitiv bir yanaşmadır. Bir dövlətin qiymətləndirilməsi, onun əhalisinin işsizlik səviyyəsi, Ümumi Daxili Məhsulu (ÜDM), xarici dövlətlərə borcu və s. kimi digər əhəmiyyətli göstəricilərə əsaslanmalıdır. Bu kriteriyalar üzrə Azərbaycanla bağlı ittihamlar isə yersizdir.

Sonda onu da qeyd etmək istərdim ki, 1 ilə yaxındır ki, davam edən boykot çağırışları, ittihamlar, qarayaxma kompaniyaları sonda yenə də özünə doğrulda bilməli. Bugün ölkəmizdə davam edən COP29-da dünyanın 196 ölkəsindn 72 mindən artıq iştirakçı toplaşıb. Bu isə hər kəsə yaxşı dərs olmalıdır. Azərbaycan hər zaman olduğu kimi bu gün də üzərinə götürdüyü məsuliyyətli işi ən yüksək səviyyədə həyata keçirir və dosta, düşmənə öz gücünü nümayiş etdirir. Beləliklə, dövlət başçımızın sözləri ilə yazını yekunlaşdıraq: “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.

 

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanBETPARK GİRİŞjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomBeşiktaş escortcasibom yeniBüyükçekmece escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibom girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabetcasibom güncelmatbetmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişsahabetjojobetjojobet girişonwin girişcasibom 715 girişimajbetBeyoğlu escortasyabahisngsbahisbahigocasibom girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmatadorbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişartemistbet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasonwin girişonwinbets10 girişbets10casibom girişbets10casibomlunabetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorumvevobahiszbahismatbet güncel girişholiganbetjojobetAlsancak Escortbetturkeymatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişOnwin girişimajbet güncel girişimajbetmarsbahis girişcasibomcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerjackbetcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijackbetataşehir escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettiltnakitbahis günceljackpot party