Şimşək çaxacaq, yağış yağacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Məcra.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt